Türkiyənin "Amedspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Servet Çetin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diyarbakır klubu 43 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Amedspor" bir neçə gün öncə Ersun Yanalla yollarını ayırmışdı.
saytlarin hazirlanmasi