AZ

"Fənərbağça" və "Qalatasaray" klublarında çıxış etmiş futbolçunun yeni iş yeri bəlli olub

Türkiyənin "Fənərbağça" və "Qalatasaray" klublarında çıxış etmiş Sərvət Çətinin yeni iş yeri müəyyənləşib.

"Report" xəbər verir ki, "ay-ulduzlular"ın formasını geyinmiş sabiq müdafiəçi I Liqa təmsilçisi "Amedspor"un baş məşqçisi vəzifəsində çalışacaq.

Yeni anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu, S.Çətinin baş məşqçi kimi ilk sınağı deyil. O, 2023-cü ildə "Sivasspor" klubuna rəhbərlik edib.

Seçilən
45
far.az

1Mənbələr