Hindistanın şimalındakı Marchula şəhəri yaxınlığında avtobus təxminən 200 m hündürlükdən dərəyə düşüb.
“The Times of India” xəbər verir ki, nəticədə azı 36 nəfər həlak olub. Fövqəladə hadisə Uttarakhand ştatında baş verib; avtobusda 45 nəfər olub. Ən azı beş nəfər hələ də itkin sayılır. Təcili yardım departamentindən verilən məlumata görə, daha bir neçə nəfər yaralanıb və müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Yerli sakinlər dağıntılar altında qalmış sərnişinləri tapmaqda xilasedicilərə kömək edir.
NDTV kanalı xəbər verir ki, hakimiyyət zərərçəkənlərə təzminat ödənilməsini əmr edib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara da başlanılıb.
//Samir Qurbanov, Editor.az