Bir neçə gün əvvəl Ersun Yanalla yollarını ayıran "Amedspor"un yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci liqa təmsilçisini Servet Çetin çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, bu, S.Çetinin baş məşqçi kimi 2-ci klubudur. O, 2023-cü ildə "Sivasspor"a rəhbərlik edib.
Əlavə edək ki, "Amedspor" Türkiyə 1-ci liqasının turnir cədvəlində 13 xalla 18-cidir.