Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbənin qızıl hərflərlə yazılmış tarixi olan 8 noyabr - Zəfər Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında tədbir keçirilib.
Əvvəlcə müddətli həqiqi hərbi xidmət keçən şəhid və qazi ailə üzvü olan əsgərlər tərəfindən Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyaban ziyarət edilib, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi anılıb, məzarlarına gül dəstələri düzülüb.
Vətən müharibəsində könüllü iştirak etmiş və şəhid olmuş Ədliyyə Nazirliyinin İcra xidmətinin məsləhətçisi Ruhin Xəlilovun da əziz xatirəsi yad edilib.
Daha sonra Hərbi Qənimətlər Parkına baş çəkilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları və əsgərləri arasında döyüş hazırlığının və vətənpərlik ruhunun yüksək tutulması hər zaman diqqət mərkəzindədir.
Mənbə: www.faktinfo.az