Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.
Modern.az-ın məlumatına görə, İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbibullah Abbasi məlumatı təsdiqləyib.
O qeyd edib ki, Məsud Pəzeşkian BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün gələn həftə Bakıya səfər edəcək. Abbasi bu barədə IRNA agentliyinə məlumat verib.
Xatırladaq ki, bu, Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq.