Braziliyalı mütəxəssis Edu Qaspar “Arsenal”ın idman direktoru vəzifəsini tərk edərək, “topçular”ın düşərgəsindən ayrılıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Braziliyalı mütəxəssisin gedişi Evangelos Marinakisin bir dəstə klubunun Qaspara olan marağı mənzərəsində baş verib. Hazırda bu dəstəyə “Nottingem Forest”, “Olimpiakos” (Pirey) və “Rio Ave” daxildirlər. Mətbuatda yayılmış xəbərlərə görə, bu siyahı tezliklə Avropadan dördüncü klubla tamamlanacaq.
Daha əvvəl İngiltərə mətbuatı “Arsenal”ın Edu Qasparla fəal danışıqlar apardığını, mütəxəssisi saxlamağa çalışdığını yazmışdı. Vurğulanır ki, Qasparın gedişi həm də əsas vəzifələrdə “Arsenal”ın iyerarxiyasında dəyişikliklərlə bağlı ola bilər.
Edu Qaspar “Arsenal”a 2019-cu ilin iyulunda texniki direktor kimi qoşulmuş və 2022-ci ilin noyabrında klubun birinci idman direktoru vəzifəsinə gəlmişdi. “Topçular”ın keçmiş yarımmüdafiəçisi vaxtilə Martin Edeqor və Deklan Raysın “Arsenal”a cəlb edilməsində zəhmət çəkib.
Qasparın sonrakı addımları haqda məlumat yoxdur. Təxmin edilir ki, braziliyalı mütəxəssis müvafiq vəzifədə digər Avropa klublarından birinə qoşula bilər.