Türkiyə mətbuatının yazdığına görə FİFA referisi həmin oyundan sonra hətta ölüm təhdidləri də alıb. Kardeşler həm onu təhdid edənlərin, həm də sosial şəbəkələrdə ünvanına təhqiramiz ifadələr yazanların hamısını məhkəməyə verib. Onun təxminən 200-ə yaxın şəxsdən şikayətçi olduğu bildirilir. Kardeşlerə bu həftə oyun verilməyib və qarşıdakı həftələrdə də veriləcəyi gözlənilmir. Bunu Türkiyənin Hakimlər Komitəsinin sədri Fərhat Gündoğdu da təsdiqləyib.
O, Kardeşlerin derbidə səhvlərə yol verdiyini etiraf edib:
''Bəli Kardeşlerin derbidə yüksək səviyyəli idarəçilik sərgilədiyini söyləyə bilmərəm. Önəmli səhvlərə yol verdi və bunu da zatən hər kəs gördü. Onun haqqında səsləndirilən bəzi fikirlər məni üzür. Bu sözlərə tək o yox, heç bir hakim layiq deyil. Ortada səhv varsa, həmin şəxs bunun cəzasını çəkməlidi. Arda ilə yanaşı komitə sədri olduğum üçün mən də tənqid olunuram. Ona neçə həftəlik cəza veriləcəyini hər kəs görəcək. Bu cəza ''Beşiktaş''ın tələbinə görə yox, bizim standartlarımız çərçivəsində veriləcək. Bu cür idarəçiliyin qarşılığı bizim standartlara görə 4-6 oyunluq cəzadı. Mübahisə doğuran 8 epizod var. Həmin epizodları öz aramızda analiz etməklə yanaşı, UEFA-dakı həmkarlarımıza da göndərdik. Onların da fikrini öyrəndik. Sonda Ardanın özünə də zəng vurdum. O adi həyatda rahat və deyib-gülməyi sevən insandı. Əhval-ruhiyyəsini yüksəltməyə çalışdım. Asan deyil, amma o da səhvlərə yol verdiyini qəbul etdi. Üzgün olduğunu bildirdi. 8 epizodun hamısını ona göstərdim. Sançesin İmmobileyə qarşı hərəkəti qırmızı vərəqəlik deyil. Sarı vərəqə yetərli idi. Arda sadəcə epizodu görə bilmədi. Amma bizim hakimlər bu cür epizodları görməli, yaxalamalıdı. Görməməyi bəhanə edə bilmərik. Hakim təbii ki bunu görməlidi''.
ƏLİ