AZ

"Sandrunun qələbəsində Qərbin əli var" - Zaxarova

"Moldovada keçirilən prezident seçkiləri Moldovanın müstəqilliyindən bəri ən qeyri-demokratik seçki kampaniyasına çevrilib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.

“Ekspertlər və politoloqlar hakimiyyət tərəfindən çoxsaylı qanun pozuntularını və saxtakarlıqları qeyd edirlər. Onlar poçtla səsvermənin qeyri-şəffaf təşkilinə diqqət yetirirlər, bu da saxtakarlıq üçün imkanlar açır”, - Zaxarova qeyd edib.

O qeyd edib ki, Sandunun qələbəsinə Qərb ölkələrindəki Moldova diasporunun səsləri təsir edib. Zaxarovanın sözlərinə görə, Moldovada seçkilərin fərqləndirici xüsusiyyətləri hakimiyyətin müxalifətə və Rusiya mediasına qarşı repressiyaları, Qərbin seçki prosesinə müdaxiləsi, həmçinin prezident Maya Sandu tərəfindən inzibati resurslardan geniş istifadə etməsi olub.


Müəllif: Arzu
Seçilən
32
50
teleqraf.com

10Mənbələr