AZ

"Oğlum Lukasla eyni komandada oynamaq istəyirəm" - Endi Keroll

"Liverpul"un sabiq hücumçusu, hazırda Fransanın 4-cü liqasında mübarizə aparan "Bordo"nun formasını geyinən Endi Keroll əsas hədəfini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "EuroFoot" onun sözlərini belə çatdırıb:

"Hədəfim Lebron Ceyms kimi olmaqdır... Yəni hazırda 14 yaşı olan böyük oğlum Lukasla eyni komandada oynamaq istəyirəm".

"Los-Anceles Leykers"in superulduzu Lebron Ceymsin oğlu Bronni bu mövsümdən NBA-da atasıyla birlikdə Kaliforniya klubunda oynayır.

35 yaşlı Keroll cari mövsümdən "Bordo"da çıxış edir.

Nihat

Seçilən
28
fanat.az

1Mənbələr