Taekvando üzrə qadınlardan ibarət yığmamızı yeni baş məşqçi çalışdıracaq.
Offsideplus.az xəbər verir ki, bu posta Günay Zeynalova təyinat alıb. Məlumatı Azərbaycan Taekvando Federasiyası yayıb.
Qeyd edək ki, Zeynalovanın 17 illik məşqçilik təcrübəsi var və onun yetirmələri dəfələrlə yeniyetmələr, gənclər arasında Dünya və Avropa çempionatlarında fəxri kürsüyə qalxıb.