Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədar istefa verdiyini açıqlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə o, hökumət binasında fövqəladə mətbuat konfransı zamanı bildirib.
“Mən Novi Sadda faciə baş verən gün öz qərarımı Serbiyanın Baş nazirinə bildirdim, sonra bu barədə ölkə Prezidentinə də məlumat verdim”, - Vesiç bildirib.
Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri Novi Sadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlak olub.