Tanınmış müğənni Linetin evindən oğurluq edilib.
News24.az baku.ws-ə istinadla xəbər verir ki, bu barədə sənətçi açıqlamalarından birində deyib.
İfaçının özünə yaxın bilib dəstək olduğu xadiməsi mənzilindən oğurluq edib. Bu hadisə ifaçını çox kədərləndirib
"Maddi-mənəvi oğru məni çox əsəbiləşdirir. Təəssüf ki, kədərli bir təcrübə yaşadım. İnsanın evinə həqiqətən dəstək olan işçiləri belə olsa... Hər şeyi türk ədalətinə həvalə etdik. Bundan sonra 100-də 100 inanmıram. Ama gözüm də üstlərindədir" - deyə, Linet qeyd edib.