Bakı. Trend:
Sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktikibərqərar olunub. Milli təhlükəsizliyə təhdid yaradan amillərzərərsizləşdirilib.
Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi RamilUsubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.
"Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitindəQarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimimüzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür.
Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitindəAzərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığıreallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiyaməkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışlarıaktuallaşdırıb.
Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemidünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və liderkimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq,beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləriolur.
Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasətimüəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdənarahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevintəbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük laylarıyerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobalproblemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz,etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin vəxalqların əksəriyyət təşkil etdiyini də göstərir", - o qeydedib.