AZ

“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının ümumi mərhələsinin 5-ci turunda Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi Təl-Əviv” komandaları arasında keçiriləcək matçı neytral meydana təyin edib.

Publika.az xəbər verir ki, oyunun noyabrın 28-də İstanbulda keçirilməsi nəzərdə tutulsa da, UEFA qarşılaşmanın Türkiyədən kənarda keçirilməsinə qərar verib.

Qeyd olunur ki, Qəzza zolağında gedən döyüşlər səbəbindən İsrailə qarşı mənfi münasibətin artması fonunda “Beşiktaş” öz meydanında “Makkabi” ilə oynamağa qarşı çıxıb.

Qarşılaşmanın keçiriləcəyi ölkə və stadion daha sonra açıqlanacaq. Hazırda bununla bağlı danışıqlar gedir, təhlükəsizlik amilləri nəzərə alınır.

Seçilən
48
publika.az

1Mənbələr