AZ

Təhqiqatçı, müstəntiq və ya prokuror bunları yerinə yetirməlidir

Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun nələri yerinə yetirməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakıları yerinə yetirməlidir:

–  böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayət vermiş şəxsə onun şikayəti üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində yazılı məlumat vermək;

– böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə dair məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxardıqda 3 (üç) gün müddətində qəbul edilmiş qərarın surətinin şikayət vermiş şəxsə təqdim edilməsini və ya poçtla ona göndərilməsini təmin etmək.

Seçilən
44
heftelik.az

1Mənbələr