AZ

ABŞ-da 60-cı dəfə prezident seçkiləri keçiriləcək

Bu həftənin çərşənbə axşamı ABŞ-da 60-cı ümumi seçkilər keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, seçkilərdə amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senator, Nümayəndələr Palatasının 435 üzvü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçməli olacaqlar.

Ağ Ev uğrunda mübarizədə sabiq prezident Donald Tramp və Ohayonun senatoru Ceyms Devid Venslə vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals rəqabət aparır.

Xatırladaq ki, Harris hazırkı prezident Co Bayden namizədliyini geri götürəndən sonra Demokratların rəqibi olub.

Erkən seçimlərə oktyabr 26-dan start verilib. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib.

Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları seçkilərin nəticələrini müəyyən edəcək.

Seçilən
34
33
heftelik.az

10Mənbələr