AZ

Loboda kasıbladı

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Rusiyanı tərk etdikdən sonra gəliri beş dəfə azalıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, müğənni xaricə gedəndən sonra ona Rusiyadakı mülkündən yalnız bir "Mercedes"i qalıb. Eyni zamanda, "Knyazlıq gölü" yaşayış kompleksindəki fərdi evinin əslində onun prodüseri Natella Krapivinaya məxsus olduğu deyilib.

2021-ci ildə Loboda fərdi sahibkarlıqdan 500 milyon rubldan çox gəlir əldə edib və 3,6 milyon rubl vergi ödəyib. Onun tədbirlərdə çıxışı 4 milyon, ifası isə 5,4 milyon rubla başa gəlib.

Həmçinin qeyd olunub ki, Loboda Rusiyanın korporativ tədbirlərində iştirak etməyə çalışır və o, bir çıxışı üçün 15 milyon rubl (təxminən 259 min 105 manat) istəyir.

Nəşrin hesablamalarına görə, 2024-cü ildə 15 konsertdən təxminən 105 milyon rubl (1 milyon 813 min 028 manat) qazanıb ki, bu da əvvəlki illərdən aşağı göstəricidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
33
milli.az

1Mənbələr