Ukrayna Dünya Bankı ilə ona təxminən 600 milyon dollar ayırmaq üçün müqavilə imzalayıb. Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal bildirib.Ukrayna baş nazirinin sözlərinə görə, bu vəsait kiçik və orta biznesin dəstəklənməsinə, yaşıl keçidə, biznes mühitinin yaxşılaşdırılmasına və rəqəmsallaşmaya sərf olunacaq. O əlavə edib ki, proqramın ümumi planlaşdırılan məbləği 1 milyard dolları ötür və 2027-ci ilə qədər nəzərdə tutulub. Eyni zamanda, baş nazir bu vəsaitin Kiyevə hansı əsasla veriləcəyini dəqiqləşdirməyib: kredit kimi, yoxsa pulsuz.
Eltun Məmmədov
Diqqət Çəkənlər
İldırımdan necə qorunmaq olar?
Ən ideal yuxu saatı nə qədərdi?
Dünyada ən çox yeyilən qida məhsulları