AZ

BİZİM TƏQVİM: 5 noyabrda baş vermiş tarixi hadisələr

Vətən Müharibəsinin 41-ci günündə- 5 noyabr 2020-ci ildə döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.

Bəs, noyabrın 5-də dünyada daha hansı hadisələr baş verib?

1. 1605-ci ilin 5 noyabr tarixindә İngiltәrәdә Kral I Cayms  vә protestant әsilzadәlәri qәtlә yetirmәyi planlaşdıran Qay Favkes adlı şәxs  saxlanılıb. Bu hadisә İngiltәrәnin siyasi tarixinә ‘‘Barıt sui-qәsdi’’ olaraq keçib.

2. 1914-cü ilin 5 noyabr tarixindә İngiltәrә vә Fransa Rusiyadan sonra Osmanlı İmperiyasına müharibә elan edib.İngiltәrә hәmçinin 1878-ci ildә Kipri İlhaq edib.

3. 5 noyabr 1920-ci ildə işğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilib.

4. 1922-ci ilin 5 noyabr tarixindә İsmәt Paşa rәhbәrliyindәki TBMM nümayәndә heyәti Lozanna Sülh Konfransına qatılmaq üçün İsveçrәyә sәfәr edib.

5. 5 noyabr1930-cu ildə Londonda ilk televiziya reklamı nümayiş etdirilib.

6. 1950-ci ilin bu günündə FM stereo dalğasında ilk yayım həyata keçirilib.

7. 5 noyabr 1956-cı ildə Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulub.

8. 1986-cı ilin 5 noyabr tarixindә İstanbulda  1941-ci ildә baş verәn yanğın nәticәsindә yanan İstanbul Pravoslav Kilsәsinin bәrpasına icazә verilib.

9. 1991-ci ilin 5 noyabr tarixindә Filippindә baş verәn daşqınlar nәticәsindә tәxminәn 7 minәdәk adam hәlak olub.

10. 2007-ci ilin bu günündə  Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana edib.

Noyabrın 5-də bu şəxsiyyətlər xatırlanır:

1. 2006-cı ilin 5 noyabr tarixindә  2-ci körfəz müharibəsindən sonra qaçan və Tikrit yaxınlığında saxlanılan İraqın devrilmiş lideri Səddam Hüseyn edam cәzasına mәhkum edilib. Məhkəmə Səddam Hüseynin 1982-ci ildə Duceyl şəhərində 142 şiə iraqlıının qәtlә yetirilmәsinә görә mәsuliyyәt daşıdığını bildirib. Səddam Hüseyn mәhkәmәnin qәrarına әsasәn dekabrın 30-da Bağdadda edam edilib.

2. 2006-cı ilin 5 noyabr tarixindә Türkiyәnin keçmiş baş nazirirlәrindәn olan Bülent Ecevit müalicә olunduğu GATA xәstәxanasında dünyasını dәyişib.

3. 5 noyabr 1925-ci ildə türkoloq, filologiya elmləri doktoru Elməddin Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.

4. 5 noyabr 1938-ci ildə ərəbşünas, filologiya elmləri doktoru, professor Malik  Mahmudov (1938 – 3.6.1991) Ordubad şəhərində anadan olub.

5. 5 noyabr 1948-ci ildə satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 – 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub.

6. 5 noyabr 2001-ci ildə görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1.1.1937 – 2001) vəfat edib. Filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
67
19
bizim.media

10Mənbələr