AZ

Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verdiyini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, o, bu barədə hökumət binasında fövqəladə mətbuat konfransı zamanı bildirib.

Nazir Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədar istefa verib.

“Faciə baş verən gün öz qərarımı Serbiyanın Baş nazirinə bildirdim, sonra bu barədə ölkə Prezidentinə də məlumat verdim”, - Vesiç bildirib.

Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri Novi Sadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlak olub. Hadisədən sonra ölkədə matəm elan edilib.

Seçilən
13
4
oxu24.com

5Mənbələr