AZ

Qalaya məşuqəsi ilə gedən Droqba arvadını görüb yanına getdi

Parisdə ilin futbolçularının mükafatlandırıldığı “Qızıl top” (Ballon D’or) mükafatlandırma mərasiminə qatılan Fil Dişi Sahilinin əfsanəvi futbolçusu Didye Droqbanın başına iş gəlib. 

OLAY yazır ki, mərasimə məşuqəsi Qabrielle Lemaire ilə qatılan Droqba tədbirdə həyat yoldaşını görər-görməz dərhal ondan ayrılıb.

Bunu görən futbolçunun xanımı uzun və həcimli libasını qadının üzünə çırpara  fırlanıb və Droqbanın qoluna girərək qırmızı xalı üzərində birlikdə paparatsiyalara pozalar veriblər.

Həmin anlar sosial şəbəkədə paylaşılaraq gündəm olub.

Lakin sonradan bəlli olub ki, Droqbanın həyat yoldaşı kimi göstərilən qadın “Qızıl top”un digər aparıcısı Sandi Heribertdir.  

Qeyd edək ki, Didye Droqba 2001-ci ildə Lalla Diakite ilə evlənsə də, cütlük 2021-ci ildə yollarını ayırıb. Onların bu uzun nikahdan üç övladı var. Droqba ayrılmaq qərarını sosial şəbəkədə açıqlayıb və ayrılığın qarşılıqlı razılaşma əsasında olduğunu bildirib. Cütlük uşaqlarının və ailələrinin məxfiliyini qorumaq üçün dostluq münasibətlərini davam etdirdiyini bildirib. Boşandıqdan sonra Droqbanın Qabrielle Lemaire adlı qadınla münasibətdə olduğu üzə çıxıb.

Seçilən
26
olay.az

1Mənbələr