Türkiyədə "insan alverçi"ləri tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat Ərzincan bölgəsində baş tutub.
Ərzincan valiliyindən bildirilib ki, keçirilən əməliyyatla yük maşınında 17 qanunsuz mühacir tutulub: "Onlarla birgə başlarının üstdə duran 4 nəfərdən ibarət "insan alverçi"ləri də qandallanıb. Miqrantlar deport olunmaq üçün Köç idarəsinə təhvil verilib. 4 nəfərdən ibarət olan insan alverçiləri - A.A., M.D., F.D. və M.D. barədə isə həbs qətimkan tədbiri seçilib".
Firudin Səfərli
MİA.AZ