AZ

Marketdə söyüş söyən şəxsi döyənə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nizam Əkbərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 24 may 2024-cü il saat, 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır yolu adlanan ərazidə yerləşən "Ruslan” marketin qarşısında qeydə alınıb. Belə ki, Nizam Əkbərov sözügedən marketin içərisinə müştəri qismində daxil olarkən orada sərxoş vəziyyətdə olan, əvvəllər tanımadığı digər müştəri, zərərçəkmiş Mehrac Səmədovla (şərti) rastlaşıb. Təqsirləndirilən şəxs zərərçəkmişin marketdə ona aid edilməyən ünvansız nalayiq sözlər işlətməsini görüb. Bu zaman Nizam Mehracın qolundan tutub mağazadan küçəyə çıxarıb. Sonra o, küçədə zərərçəkmiş şəxslə mübahisə edib. Nəticədə Nizam Mehracı nəlayiq sözlərlə söyüb üzərinə hücum edərək qəsdən onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əl və yumruqla zərbələri vurub yerə yıxıb. O, yerdə də zərərçəkmiş şəxsin ayaq, baldır, bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vuraraq ona sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib. Hadisədən sonra Nizam Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2024, 09:39   
Seçilən
28
pravda.az

1Mənbələr