AZ

Seçkinin taleyinin həll olunduğu ştatda təhdid: Siqar yanır, diqqətli olun

ABŞ-ın Corciya ştatında həmkarlarını partlatmaqla hədələyən məktub göndərən seçki qərargahının əməkdaşı həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə “USNews” yazıb. Nəşr bildirir ki, 25 yaşlı Nikolas Uimbiş dairə seçkiləri direktoruna məktub göndərib. Mesajda insanların "seçkilərimizi necə oğurlamaqla bağlı qəddar dərs alacaqları" ilə bağlı təhdidlər və xəbərdarlıqlar olub.

Prokurorlar məktubun əlyazma qeydi ilə bitdiyini bildiriblər: “Erkən səsvermə məntəqəsində PS oyuncaq bomba, siqar yanır, diqqətli olun”.

Uimbis bomba hədəsi ilə bağlı yalan məlumat yaymaqda, təhdid məktubu göndərməkdə və FTB-yə yalan ifadələr verməkdə ittiham olunub. Materialda Corciyanın prezident seçkilərinin nəticələrinin həll olunacağı gözlənilən 7 ştatdan biri olduğu aydınlaşdırılır.

Seçilən
12
publika.az

1Mənbələr