AZ

Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydalar və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.

Seçilən
46
14
apa.az

10Mənbələr