AZ

İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərinin səsləri vacibdir - BMT-nin baş katibi

Bakı. Trend:

İqlim üzrə fəaliyyətin inkişafı və iqlim ədalətinə nail olmaqüçün dini liderlərinin səsləri vacibdir.

Trend-in məlumatına görə,bunu BMT-nin baş katibi Antonio Quterreş Dini Liderlərin QlobalBakı Sammitinin iştirakçılarına videomüraciət edib.

O, həddindən artıq temperaturun, şiddətli yanğınların,quraqlıqların və geniş yayılmış daşqınların dünyada böyük fəsadlartörətdiyini diqqətə çatdırıb.

Baş katib gələn ilə qədər ölkələrin qlobal istiləşməniməhdudlaşdırmaq məqsədinə uyğun yeni milli iqlim planlarıhazırlamasını təmin etmək üçün fəaliyyətin vacibliyinivurğulayıb.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
16
50
az.trend.az

10Mənbələr