AZ

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığınaəsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüməhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla vəsürətlə davam etdirilir.

Trend xəbərverir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumatyayıb.

Bildirilib ki, bu istiqamətdə işğaldan azad edilmişərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yolinfrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobilyolunun inşasına start verilib.

Layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaqyatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yoluII texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşaedilir.

Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün vəyol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yolyatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın vəəsasın alt qatının tikintisi işləri aparılır.

Bundan başqa inşa edilən yol boyunca suların ötürülməsini təminetmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə maliksuötürücü boru və düzbucaqlı su keçidlərinin inşası daaparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyatakeçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılmasıüçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyusosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.

Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Tərtər-Ağdərə
Seçilən
27
29
az.trend.az

10Mənbələr