“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə münasibətlərini yeniləmək niyyətindədir.
Arena.az bu barədə jurnalist Dieqo Borinskiyə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İkardi bu məqsədinə çatmaq üçün peşəkar futbolçu karyerasında köklü dəyişikliklər etməyə hazırdır. Belə ki, İkardi keçmiş həyat yoldaşı ilə daha yaxın olmaq və tez bir zamanda əlaqələr qurmaq üçün Argentina çempionatına keçmək seçimini nəzərdən keçirir.
Xatırladaq ki, bu ilin iyul ayında Vanda Nara Mauro İkardidən ayrıldığını açıqlamışdı. Bu, ilk belə elan deyil. Əvvəllər cütlük bir neçə dəfə ayrıldığını açıqlayıb, sonra yenidən bir araya gəlib.
Əlavə edək ki, Vanda həmçinin İkardinin futbol agenti olub.