AZ

Şampun və yağ oğurladığı üçün HƏBS EDİLDİ

Rusiyada bir şəxs mağazadan altı qutu yağ və eyni miqdarda şampun oğurladığı üçün həbs edilib.

Medianews.az “Readovka67”yə istinadən xəbər verir ki, məhkəmə hadisəni soyğunçuluq, yəni başqasının əmlakını açıq şəkildə oğurlamaq kimi təsnif edib.

Sözügedən şəxs, 1 il 8 ay müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edilib.

İş materiallarına görə, həmin şəxs ərzaq səbətindən malı özü ilə birlikdə olan hədiyyə paketinə keçirərək, mağazanın çıxışına doğru, kassadan yan keçərək malların pulunu ödəmədən mağazanın ərazisini tərk edib.

Onu görən asayiş keşikçisi hücumçunu saxlayaraq ondan mağazanın xidmət sahəsinə girməsini istəyib, lakin müttəhim tələblərə məhəl qoymayaraq oğurladığı malları götürüb qaçıb.

 

Seçilən
20
medianews.az

1Mənbələr