AZ

"Duty free"nin qadın əməkdaşları qaçaqmalçılıqda təqsirli bilinir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət  Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Əliyeva Səbinə Sabir qızı, Məmmədova Kəmalə Məmməd qızı və Nəsibova Səbinə Ravil qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxov ilkin olaraq  təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Məlum olub ki, təqsirləndirilən şəxslər Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı təklif irəli sürüb. Hakim müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib. 

Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının 19-na təyin edilib. 

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Seymur Əli

Seçilən
18
unikal.az

1Mənbələr