Ukraynanın Kiyev vilayətində yenidən partlayış səsləri eşidilir.
Herbiand.az xəıbər verir ki, bu barədə “Qlavkom” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi işə salınıb.
Daha sonra Kiyev-24 telekanalı Ukraynanın paytaxtında partlayışlar barədə məlumat yayıb.
Ukrayna paytaxtının meri Vitali Kliçko özünün Telegram kanalında şəhərin şimalındakı Obolon bölgəsində hava hücumundan müdafiə sistemlərinin işi barədə məlumat verib.
İndi şəhərdə, eləcə də Kiyev, Sumı və Çerniqov vilayətlərində hava hücumu rejimi qüvvədədir.