Qış aylarında soyuq hava səbəbiylə orqanizminizin xəstəliklərə qarşı müqaviməti azalır. Bu səbəbdən də immuniteti güclü saxlamaq gərəklidir.
"Unikal" qış aylarında immuniteti gücləndirməyə kömək edən qidaları təqdim edir:
1. Şirin kartof
Şirin kartof lif, A vitamini və kaliumla zəngindir. Onun müntəzəm istifadəsi qəbizliyi müalicə etməyə, immuniteti gücləndirməyə və iltihabı azaltmağa kömək edir.
2. Amla (Hind Bektaşi üzümü)
C vitamini ilə zəngin olan amla infeksiyaların qarşısını alır. Amla turşu, şirniyyat, şirə şəklində istehlak edilə və ya üzərinə qara bibər tozu səpilərək olduğu kimi yeyilə bilər.
3. Xurma
Xurma orqanizm üçün olduqca faydalıdır, o, vitaminlər, minerallar və liflə zəngindir. Sağlam şəkər alternativi olan xurma isitmə xüsusiyyətinə malikdir və dəmirlə zəngindir. Xurma həm də güclü ağciyər təmizləyicisi kimi də bilinir.
4. Darı
Darı aşağı glisemikdir və liflə zəngindir. Oynaqları gücləndirir, infeksiyalara yaxşı təsir edir və bədəni enerji ilə təmin edir.
5. Çərəzlər
İmmunitet sistemini dəstəkləmək üçün çərəz istehlakını artırmaq lazımdır. Badam və qoz kimi çərəzlər xolesterolu və iltihabı azaldır.
6. Xardal yarpaqları
Xardal yarpaqları antioksidantlarla zəngindir, bu qidanı qış pəhrizinizə daxil etmək, ümumi sağlamlığı qorumağa və soyuq mövsümlə bağlı ümumi problemlərin qarşısını almağa kömək edə bilər.
Zərifə Nağıyeva