AZ

Hikmət Hacıyev Azərbaycanda yeni fəaliyyətə başlayan telekanalla bağlı paylaşım etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
Oxu.Az-ın verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi bu barədə özünün "X" hesabında yazıb.
O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.
"Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.
Seçilən
65
50
oxu.az

10Mənbələr