AZ

Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir - Migel Anxel Moratinos

Bakı. Trend:

Əfsuslar olsun ki, təbiətlə bəşəriyyət sanki müharibədədir.Hamımız təbiətlə sülh içərisində olmalıyıq. Bəşəriyyət sülhü artıqbərqərar etməlidir, planetimizi qorumalıyıq.

Trend xəbərverir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünyadinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərininqlobal Bakı Sammitinin açılış mərasimində BMT-nin SivilizasiyalarAlyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

İqlim dəyişikliklərinin həllinin qlobal çətinliklər arasında ənvacib fenomenlərdən biri olduğunu söyləyən Migel Anxel Moratinosbununla mübarizə istiqamətində COP29 konfransının əhəmiyyətini qeydedib.

“Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizimhəyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı cidditədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amilçox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz dəhəssas olmalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
42
5
az.trend.az

6Mənbələr