AZ

Serbiyalı nazir Novi Saddakı faciədən sonra istefa verib

Bakı. Trend:

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri QoranVesiç Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədaristefa verib.

Trend xəbərverir, bu barədə nazir hökumət binasında fövqəladə mətbuatkonfransı zamanı bildirib.

Q.Vesiç qeyd edib ki, faciənin baş verdiyi gün istefa ərizəsiniölkənin baş nazirinə təqdim edib. O, həmçinin, Serbiya PrezidentiAleksandr Vuçiçə də qərarını açıqlayıb.

“Mən 14 nəfərin ölümünə görə günahı üzərimə götürə bilmərəm,çünki nə mən, nə də mənimlə işləyən insanlar bu faciəyə görəməsuliyyət daşımırıq. Əminəm ki, bunu prokurorluğun apardığıistintaq göstərəcək”, – Qoran Vesiç bildirib.

O, faciə baş verən gün hadisə yerində olduğunu davurğulayıb.

“Bu vaxta qədər qurbanlara və onların ailələrinə hörmət əlamətiolaraq susmuşam. O dəhşətli gecədə mən vağzalda idim vəxilasedicilərin daha bir nəfəri xilas etməsi üçün dua edirdim”, –Q.Vesiç qeyd edib.

Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri NoviSadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlakolub.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr