“Azərbaycanda keçirilən COP29 əvvəlki tədbirlərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Əl-Əzhər Şeyxinin müavini Mohamed EIduweny deyib.
“27-ci COP tədbiri Misirdə, 28-ci isə Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Azərbaycanda keçirilən COP29 əvvəlki tədbirlərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olunmalıdır.
İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması üçün elmi fəaliyyətin möhkəmləndirilməsi, bu barədə qanunların qəbulu vacibdir" - deyə o əlavə edib.