AZ

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni icraçı direktor təyin olunub

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni icraçı direktor təyin olunub. Kompleksdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, təyinatından əvvəl bu təhsil müəssisəsində “Biznes və əməliyyatlar üzrə menecer” vəzifəsində çalışan Tural Abbasov təhsil idarəetməsində geniş təcrübə və innovativ yanaşmaya malikdir. T.Abbasovun Azərbaycanda beynəlxalq layihələrdə və özəl sektorda 20 illik iş təcrübəsi, son 8 il ərzində isə işlədiyi özəl məktəblərdə biznesin inkişafı sahəsində təcrübəsi var. O, hazırda Kolumbiya Universitetinin Müəllimlər Kollecində magistr dərəcəsi üzrə təhsil alır.

Seçilən
37
1
tehsil.biz

6Mənbələr