AZ

ABŞ-da bombalı hücumun qarşısı alındı

ABŞ-da 60-cı prezident seçkiləri ərəfəsində Tennessi ştatında böyük elektrik paylayıcı zavoda bombalı hücum planlaşdırmaqda ittiham olunan şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, Ədliyyə Departamenti Neşvill şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan sağçı qruplarla əlaqəsi olan 24 yaşlı Skayler Filippinin ələ keçirildiyini açıqlayıb.

Baş prokuror Merrik B.Qarland qeyd edib ki, Filippinin pilotsuz uçuş aparatına "C-4" partlayıcıları taxaraq hücuma hazırlaşdığı müəyyən edilib.

"Bu, ölkəmizin kritik infrastrukturuna hücum edərək zorakılıq və xaos toxumu səpmək istəyənlərə növbəti xəbərdarlıqdır. Ədliyyə Departamenti sizi tapacaq, planınızı pozacaq və məsuliyyətə cəlb edəcək. Mən FTX əməkdaşlarına fövqəladə işlərinə və ölkəmizi təhlükəsiz saxlamaq üçün hər gün gördükləri işlərə görə minnətdaram”, - deyə Qarland açıqlamasında bildirib.

Seçilən
34
1
publika.az

2Mənbələr