Təbii sərvətlərin nəzarətsiz istifadəsi, hərbi münaqişələr və ekosistemlərin məhv edilməsi bütün bəşəriyyətin məhvinə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətində bildirilib.
Onun sözlərinə görə, təhlükənin miqyasını nəzərə alaraq, iqlim məsələlərinin həllində dini xadimlərin fəal iştirakı zəruridir.
"Dini liderlər insanlara yüksək mənəvi-əxlaqi dəyərlərə əməl etməyin vacibliyini daim xatırlatmalıdırlar. Ümid edirəm ki, bu gün burada toplanan ənənəvi dinlərin liderlərinin vahid səsi qərar qəbul edən şəxslər tərəfindən eşidiləcək. Sizə səmərəli müzakirələr, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram", - o bildirib.