AZ

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi: Bakıda Dünya dini liderlərinin qlobal Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırıq. Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir.

Bu sözləri Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Əbdülsəlam Abdullətif Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.

O bildirib: “Biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.

Seçilən
25
xalqqazeti.az

1Mənbələr