Bakı. Trend:
İstanbulda DHKP/C terror təşkilatının fəaliyyətlərinin ifşaolunmasına yönəlik 9 fərqli ünvana eyni vaxtda keçirilənəməliyyatda 5 şübhəli şəxs saxlanılıb.
Trend bubarədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, İstanbul Respublika Baş Prokurorluğu TerrorCinayətləri İstintaq Bürosu tərəfindən DHKP/C təşkilatınınfəaliyyətlərinin ifşası məqsədilə aparılan istintaqda təşkilatınaçıq fəaliyyət göstərən Məhbus Ailələri Yardımlaşma Dərnəyi (TAYAD)daxilində 7 şübhəli müəyyən edilib.
Prokurorluğun həbs qərarından sonra hüquq-mühafizə orqanlarıKağıthane, Sancaktepe, Şişli, Kadıköy, Tuzla, Eyüpsultan vəSarıyerdəki 9 ünvana eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat nəticəsində 5 şübhəli saxlanılıb, çox sayda təşkilataaid sənəd ələ keçirilib.
Qeyd edilib ki, qruplar digər şübhəliləri axtarmaq üçün işləridavam etdirir.