AZ

Quba-Xınalıq yolunda selin uçurduğu körpünün yerində yenisi tikilir - FOTOLAR

Quba-Xınalıq yolunda sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.

"Unikal" xəbər verir ki, yolun 42-ci kilometrliyində yerləşən körpü cari ilin iyul ayında sıradan çıxıb. Körpünün uçması nəticəsində altı kəndin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız kəndlərinin sakinləri hazırda alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə edirlər.

Yeni körpünün uzunluğu 12, eni isə 6 metr olacaq. İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. İnşaat işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Seçilən
86
5
unikal.az

10Mənbələr