AZ

AÇG-yə bu il 1,3 mlrd. dollara yaxın vəsait xərclənib

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 1 370 mln. ABŞ dolları xərclənib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 402 mln. dollar əməliyyat məsrəfləri və 968 mln. dollar əsaslı məsrəflər xərclənilib.

Qeyd olunur ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.

Hesabatda bildirilir ki, 2024-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 mln. ton olub.

“Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub. İlin üç rübü ərzində AÇG-də 11 neft hasilatı quyusu, 2 su injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb”, - hesabatda qeyd olunur.

Seçilən
40
4
apa.az

5Mənbələr