AZ

Ülviyyə Həmzəyevadan TƏBRİK-“Ölkənin milli maraqlarını daim öndə tutan XALQ.AZ”

 XALQ.AZ xəbər portalının fəaliyyətinin 12 ili tamam olur.

Azərbaycan xəbər məkanında özünəməxsus yeri, professional yanaşma tərzi olan saytımıza təbriklər ünvanlanır.

Həmin təbrikləri təqdim edirik:

XALQ.AZ çox fərqli bir yol seçib, cəmiyyətin marağına səbəb olan məlumatlar verir. Hiss olunur ki, saytın əməkdaşları canla-başla işləyir. 12 il az müddət deyil. Saytın kollektivi kiçik, imkanları məhdud olsa da daim yeni və maraqlı xəbərləri oxucularına təqdim edirlər. XALQ.AZ xəbər yayımında vətəndaşlıq mövqeyi nümayiş etdirməsi, ölkənin milli maraqlarını daim öndə tutması ilə tanınır. Saytın işçiləri təmənnasız işləyirlər. Sayta baxanda görünür ki, peşəkar və qərəzsiz fəaliyyət göstərirlər. Bu bir həqiqətdir ki, özünü təsdiq üçün uzun bir yol lazımdır. Lakin bu müddətdə sayt öz sözünü deyib və özünü təsdiq edib.XALQ.AZ xəbər portalı kollektivini 12 yaş münasibəti ilə təbrik edirəm,yeni yaradıcılıq uğurları arzulayıram.

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı

Seçilən
71
xalq.az

1Mənbələr