AZ

Küləkli hava nə vaxtadək davam edəcək?

“Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək”.

Bunu Sabah.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

G.Abbasovanın sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:

“Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq, küləyin güclənəcəyi, sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir”.

Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Seçilən
6
4
sabah.az

10Mənbələr