AZ

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiririk - Məhəmməd Əbdülsalam

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiririk.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının sədri Məhəmməd Əbdülsalam Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.

O bildirib ki, Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşılır.

"Dini liderləri iqlim mövzusu ətrafında birləşdirən belə bir tədbirin məhz Azərbaycanda təşkilini rəmzi hesab edirəm. COP29 iqlim konfransı ərəfəsində dini liderlərin sammiti xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Milli.Az

Seçilən
19
3
milli.az

4Mənbələr