AZ

Müxalifət yenidən ayağa qalxdı: Gürcüstanda aksiya keçirilir

Vətəninfo.az xəbər verir ki, Gürcüstanın Pirveli telekanalı xəbər verir ki, müxalifət partiyalarının liderləri və onların tərəfdarları Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı yürüş təşkil ediblər.

Müxalifətdə olan “Lelo” partiyasının ofisinin yerləşdiyi paytaxtın dəmir yolu vağzalına toplaşan etirazçılar oradan da parlament binasının yerləşdiyi Rustaveli prospektinə keçərək saat 19:00-a planlaşdırılan aksiyada iştirak ediblər.

Seçkilərin nəticələrini tanımayan yürüş iştirakçıları əllərində Gürcüstan və Aİ bayraqlarını tutublar. Onlar ölkədə keçirilən seçkilərin saxtalaşdırıldığını iddia edərək təkrar səsvermənin keçirilməsini tələb edirlər.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişikliklər üçün Koalisiya” 11,03 faiz, “Birlik-Milli Hərəkat” 10,16 faiz, “Güclü Gürcüstan” 8,81 faiz, “Gürcüstan üçün Qaxariya” 7,76 faiz.

Onu da əlavə edək ki, ölkə prezidenti Salome Zurabişvili də seçkilərin nəticələrini tanımayıb.

Seçilən
4
1
veteninfo.az

2Mənbələr