AZ

Qazaxstanda avtobus sərnişinləri donmaqdan son anda qurtuldular

Ötən gecə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qarla örtülmüş Samara-Şımkent magistral yolu ilə hərəkət edərkən sıradan çıxmış, salonu tamamilə sərnişinlərlə dolu olan avtobus aşkar ediblər.

İçərisində Özbəkistan və Tacikistan vətəndaşları olan 38 sərnişinin olduğu avtobus qəfildən xarab olub”, – Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, insanlar təcili təxliyə edilməli olub – xilasedicilər 35 nəfəri qəza yerinə ən yaxın olan İrgiz kəndinə gətiriblər. Sərnişinlər şaxtadan az qala donduğundan, dərhal istilik məntəqəsinə göndərilib və orada qidalandırılıblar, – departamentdən əlavə ediblər.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
25
editor.az

1Mənbələr