Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Respublikaçılar Partiyasının namizədi Donald Trampı 4 faiz qabaqlayır. Bu, PBS News/NPR/Marist sorğusunun nəticələrinə görədir.
Belə ki, Harris ehtimal seçicilərin 51%-nin, Trampın 47%-nin dəstəyinə malikdir.
Qeyd olunur ki, sorğunun nəticələri 2020-ci ilin nəticələrini xatırladır, o zaman ABŞ-ın hazırkı prezidenti Co Baydeni seçicilərin 51%-i, Trampı isə 47%-i dəstəkləyirdi. Maraqlıdır ki, Tramp seçkiyə gedən kişi seçicilər arasında liderliyini qoruyub saxlayıb, lakin oktyabr ayında Harrislə müqayisədə 16 ballıq üstünlükdən dörd faizə düşüb.
Sorğuda qadınların 55%-i seçkidə Harrisi dəstəkləyəcəklərini bildirsə də, onun qadınlar arasında liderliyi keçən aydan bəri 18 faizdən 11 faizə düşüb. Tramp ağdərili seçicilər arasında Harrisə 54%-dən 45%-ə qədər liderlik edir. Sorğuya əsasən, ehtimal olunan seçicilərin 55%-i artıq səs verib, üçdə biri isə səsvermə günü, noyabrın 5-də səs verəcək. Artıq səs verənlər arasında Harris Trampa 56%-dən 42%-ə qədər liderlik edir. Üstəlik, hələ səsvermədə iştirak etməyənlərin 53%-i Trampı, 45%-i Harrisi dəstəkləmək niyyətindədir.
PBS News/NPR/Marist sorğusu oktyabrın 31-dən noyabrın 2-dək aparılıb və 3,5 faiz bəndlik səhv nisbətinə malikdir.
//Samir Qurbanov, Editor.az